Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yasak elma''nın aktrisaları arasında gərginlik

''Yasak elma''nın aktrisaları arasında gərginlik

Tarix: 12 Sentyabr 2022 17:40

Türkiyəli aktrisalar Eda Ece ilə Ebru Şahin arasında gərginlik yaranıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb milli basketbol komandasdının Fransaya 87-86 hesabı ilə uduzaraq Avropa çempionat ilə vidalaşması olub. Bu məğlubiyyətə Ebrunun həyat yoldaşı Cedi Osmanın matçın son saniyələrində 2 sərbəst atışı qaçırması səbəb gətirilərək tənqid hədəfinə çevrilib. Tənqidçilər arasında Edanın sevgilisi basketbolçu Buğrahan Tuncer də olub. O, daha sonra paylaşımını silsə də tərəflər arasında gərginlik davam edib. Ebru Buğrahanın paylaşımını hədəf alan "Belə ulduz ola bilməzsiniz, amma nankor, bəli!" deyə yazıb.

Bundan sonra Eda həmkarını izləmədən silib. Lakin Ebru hələ də onu izləmədə saxlayıb.

Qeyd edək ki, hər iki aktrisa "Yasak elma" serialında birgə rol alıb.

Milli.Az


Etiketlər:  Yasak elmanın aktrisaları arasında gərginlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ