Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Fanatlarla münasibət sevgilinlə münasibət kimidir” – Neymar

“Fanatlarla münasibət sevgilinlə münasibət kimidir” – Neymar

Tarix: 29 Sentyabr 2019 13:04

PSJ-nin hücumçusu Neymar komandanın azarkeşləri ilə aralarında olan problem haqda fikirlərini bildirib.

Neymar bu yay “Barselona”ya keçmək istədiyinə görə parisli fanatlar hələ də ona qəzəblidirlər. Baxmayaraq ki, braziliyalı son üç matçda PSJ-yə qələbə gətirən vacib qollar vurub.

Qol.az-ın xəbərinə görə, “Sky Sports”a müsahibəsində Neymar deyib:

“Fanatlarla münasibət sevgilinlə münasibət kimidir. Bəzən siz mübahisə edirsiniz və bir müddət danışmırsınız. Sonra isə sevgi və qayğı sayəsində əvvəlki isti münasibətləri bərpa edirsiniz. Mən PSJ-nin uğuruna görə meydanda canımı qoymağa hazıram”.

 


Etiketlər:  Fanatlarla münasibət sevgilinlə münasibət kimidir Neymar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ