Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” - “Nant” oyununun hakimləri bəlli olub

“Qarabağ” - “Nant” oyununun hakimləri bəlli olub

Tarix: 13 Sentyabr 2022 10:18

UEFA Avropa Liqasında qrup mərhələsinin II turunda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək. 38 yaşlı baş hakim Enea Yorqyiyə Denis Reca və Ridiger Çokay yan xətt, Yucin Caya dördüncü hakim qismində yardımçı olacaq.

İtaliyalı Luka Payretto VAR hakimi, Cakomo Paqanessi isə onun köməkçisi funksiyasını yerinə yetirəcək.

Yorqyi 2019/2020 mövsümündə Avropa Liqasında II təsnifat mərhələsinin Rusiyada "Arsenal" (Tula) və "Neftçi" arasında keçirilmiş oyunun baş hakimi olub. Görüş Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlanacaq.

Milli.Az


Etiketlər:  Qarabağ Nant oyununun hakimləri bəlli olub


RƏYLƏR