Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2022 05:06
Kişi sonsuzluğu bir il boyu qadınla cinsi əlaqədə olmasına baxmayaraq sağlam qadını hamılə edə bilməməsidir.Son illərin ststistikası bu xəstəliyin artdığını göstərir.Bu problemlə əlaqədar son illərdə həkimə müraciət edənlərin sayı günü-gündən artır.Əgər vaxtıda və düzgün müalicə aparılarsa sonsuzluq aradan qaldırıla və xəstə uşaq sahibi ola bilər.
Kişilərdə sonsuzluğun səbəbləri
Sonsuzluq bir və ya bir neçə səbəbdən ola bilir.Nadir hallarda isə baş vermə səbəbi bilinmir.
Kişilərdə sonsuzluq spermanın zəif olması və ya toxumdaşıyan axarların tutlması nəticəsində baş verir.Spermanın sayı ən az 20 milyon və bunların ən az yarısı hərəkətli olmalıdır ki hamiləlik baş tutsun.Hormonlarda olan pozğunluqlar ,bəzi infeksiyalar və bəzi dərman maddələri spermanın sayına təsir edə bilir Yumurtalıqda olan iltihbi proseslər spermanın sağlam olmamasına səbəb olur
Bəzən heç bir səbəb olmadan da sonsuzluq baş verə bilir ki bunu da həkimlər psixoloji faktorlarla əlaqələndirirlər.
Risk faktorları
Sonsuzluğun risk faktoruna iltihabi xəstəliklər, zöhrəvi xəstəliklər, çox isti iş yerində işləmək, oturaq həyat tərzi, sprtli içkilər, siqaret və s.aiddir.
Kişilərdə sonsuzluğun əlamətlərini bilmək çətin olmur.Sidik ifrazı zamanı yanma hissinin olması. sidik ifrazının çətin olması və bu əlamətlərin vaxtında müalicə olunmaması da səbəblərdən biridir.
Amma həkim müayinəsi və lazım olan testlərin nəticələri tam diaqnoz qoymaqda daha çox kömək edir.Xayaların uşaq vaxtında normal yerinə düşməməsi də kişi sonsuzluğuna səbəb olan faktorlardan biridir,
Kişi sonsuzluğunun müalicəsi:
Müalicə xəstəyə vitaminlər, hormon müalicəsi , fizioterapevtik müalicələr təyin olunur.Müasir təbəbtdə klşinin spermasını laborator şəraitdə müalicə edib qadınının uşaqlığına ötürmək də mümkmndür.