Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Haland Moratanı arxada qoydu

Haland Moratanı arxada qoydu

Tarix: 15 Sentyabr 2022 21:02

Erlinq Haland Çempionlar Liqasında yeni rekorda imza atıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, norveçli hücumçu vaxtı ikən heyətində qol vurduğu sabiq komandasını məyus edən ən gənc oyunçu adını qazanıb.

Bu yay Dortmund "Borussiya"sından "Mançester Siti"yə keçən forvard dünən II turun matçında sabiq komandasına qol vurub. O, buna 22 yaş 55 günlüyündə nail olub.

Haland Alvaro Moratanı arxada qoyub. İspaniyalı 22 yaş 194 günlüyündə həm "Real"da qol vurmuşdu, həm də bu komandanın qapısına yol tapmışdı.

Qeyd edək ki, Haland avrokuboklarda qol sayını 30-a çatdırıb. Bunlardan 26-sı Çempionlar Liqasında qeydə alınıb.

Milli.Az


Etiketlər:  Haland Moratanı arxada qoydu


RƏYLƏR