Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2022 09:56
"Qarabağ" Avropa Liqasının II turunun "Nant"ı məğlub etməklə (3:0) Azərbaycana reytinq xalları qazandırıb.
Sonxeber.net Fanat.az-a istinadən xəbər verir ki, UEFA reytinqində ölkəmizin qazancına yarım xal (0,500) əlavə olunub.
Bununla da mövsümün ümumi qazancı 2,500-ə yüksəlib. Son 5 ildə hesablanan əmsalımız isə 15,125-ə çatıb.
Bununla belə, Azərbaycan reytinq cədvəlində 29-cu pillədə qalıb.