Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid atası: “İndi bu evdə onun xatirələri ilə yaşayırıq”

Şəhid atası: “İndi bu evdə onun xatirələri ilə yaşayırıq”

Tarix: 17 Sentyabr 2022 13:56

Samux rayonu, Seyidlər kəndi, yeni yaşayış kompleksi, iki otaqlı tam təmirli mənzil...

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bura Vətən müharibəsi şəhidlərindən olan Arif Həmzəyevin ailəsinin yaşadığı ünvandır. 

Şəhidin ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən bu yeni mənzildə indi özü yaşamasa da xatirələri həmişəlik yaşayacaq. 

Şəhid Arif Həmzəyev 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli və Cəbrayıl istiqamətində düşmənə qarşı mübarizədə qəhrəmanlıq göstərib. 

Şəhidin atası Muradcan Həmzəyev deyir ki, oğlumuzu vətənpərvər ruhda böyütdüyümüz üçün onunla həmişə fəxr edəcəyik:

"Vətən müharibəsi başlayanda telefonla danışdıq. Ordumuzun dayanmadan irəlilədiyi barədə sevinclə danışırdı. Ürəkdən deyirdi ki, nəhayət yurd-yuvalarımızı geri qaytarırıq. İndi bu evdə onun xatirələri ilə yaşayırıq." 

Cəsur Vətən övladlarından olan Arif Qubadlının düşməndən təmizlənməsi uğrunda gedən şiddətli döyüşlərin birində şəhid olub. Şəhidin nəşi Samux rayonu Lək kənd qəbiristanlığında, uğrunda canından keçdiyi ana torpağa tapşırılıb. 

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Arif Muradcan oğlu Həmzəyev ölümündən sonra "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Şəhid atası İndi evdə onun xatirələri ilə yaşayırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ