Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Pelosinin İrəvana səfərindən şübhələnib

Rusiya Pelosinin İrəvana səfərindən şübhələnib

Tarix: 17 Sentyabr 2022 19:18

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan sentyabrın 17-də başlayan iki günlük səfəri Rusiya mediasının da diqqətindədir. Qeyd edək ki, sentyabrın 17-19-da spiker Pelosi baş nazir Nikol Paşinyan, Ermənistan parlamentinin sədri Alen Simonyan və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək, ABŞ-Ermənistan münasibətləri və mövcud təhlükəsizlik vəziyyətini müzakirə edəcək. Pelosi qondarma erməni soyqırımı abidəsini də ziyarət edəcək. Onu  Nümayəndələr Palatasının Energetika və Ticarət Komitəsinin sədri Frank Pallone, nümayəndələr Anna Eşoo və Caki Speier müşayiət edir.

G7 ölkələrinin spikerlərinin Berlindəki görüşündən sonra birbaşa İrəvana gələn Pelosinin etnik erməni konqresmen Caki Speierin müşahidə etməsi Rusiya mediasının da diqqətindən qaçmayıb. Rusiya mediası Amerika Erməni Assambleyasının həmsədri Entoni Barsamyanın "Politico"ya müsahibəsindəki "Ermənistan Ukraynanın gördüyü diqqəti görməyib və Pelosinin səfəri beynəlxalq hüquqları pozulan ölkəyə dəstək olacaq" fikrinə diqqət ayırıb.

ABŞ Nümayəndələr Palatasının spikerinin Ermənistana səfəri necə başa düşülməlidir və bunun nəticələri nə ola bilər?

Milli.Az musavat.com-a istinadən bildirir ki, ABŞ və Kanada İnstitutunun rəsmisi Vladimir Vasilyevin sözlərinə görə, Nensi Pelosinin səfərinə ABŞ-ın strateji planlarının tərkib hissəsi kimi baxmaq lazımdır: "ABŞ Rusiyanı əhatə edən postsovet məkanındakı ölkələrdə ümumi qeyri-sabitliyi nəzərə alaraq,  Rusiya ilə münasibətlərinin bütün perimetrini yandırmağa çalışır. Xüsusilə, bu, təbii ki, Zaqafqaziyaya aiddir, çünki bura strateji regiondur. Amerikalılar düşünə bilər ki, orada mövcud olan sabitliyi pozmaq əsaslı şəkildə vacibdir. Unutmayın ki, Zaqafqaziya Şimali Qafqaz respublikaları ilə həmsərhəddir, amerikalılar çeçen müharibəsi təcrübəsini xatırlayaraq, Rusiyanı bu yolla gec-tez sarsıtmağı mümkün hesab edirlər. Amerikalıların Sovet İttifaqını dağıtmaq üçün konturlarını yaratdıqları strategiyanı indi tam şəkildə həyata keçirilməyə başlayırlar. Üstəlik, indi ABŞ üçün çox vacibdir ki, Rusiyanın əhatəsində qeyri-sabitlik zonası yaratsınlar".

Ekspert deyib ki, Nensi Pelosinin Ermənistana səfəri oyunun bir hissəsidir: "Vəzifə sadədir: bu regionu, xüsusən də Ermənistanı Rusiyadan qoparmaq. Ermənistanın necə yönləndirmək olar, buna daha sonra qərar verəcəklər. Bəlkə Paşinyanı Avropaya və Qərbə yönəldəcəklər? Ermənistanla Azərbaycan arasında hərbi gərginliyin daha da artması da  gözləniləndir. Ola bilsin ki, Rusiyanı həm Ermənistandan, həm də Cənubi Qafqazdan sıxışdırmaq üçün hansısa başqa addımlar atılsın".

V.Vasilyevə görə, səfər sülhə xidmət etmir, bölgədə daha bir çox gərginlik yaratmaq məqsədi daşıyır. "Məhz bu bölgədə uzun sürən hərbi münaqişə yaratmaq ABŞ-ın maraqlarına uyğundur" - deyə o bildirib.

Milli.Az


Etiketlər:  Rusiya Pelosinin İrəvana səfərindən şübhələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ