Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"

Tarix: 18 Sentyabr 2022 11:38

"Qarabağ"la matçdan sonra futbolçularda məyusluq və qəzəb var. Çünki məğlub olmağı sevmirik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kambuare Liqa 1-in VIII turunda "Lans"a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis avrokubokda uduzduqları görüşü analiz etdiklərini bildirib: "Bütün diqqətimizi bu qarşılaşmaya yönəltmişik. Yaxşı oyun sərgiləmək niyyətindəyik. Futbolçulara inanıram. Qələbəyə çox ehtiyacımız var".

Fransalı baş məşqçi Fabionun zədə səbəbindən meydana çıxmayacağını söyləyib.

Qeyd edək ki, bu gün keçiriləcək "Nant" - "Lans" matçı Bakı vaxtı ilə saat 19:05-də başlayacaq. "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Fransa təmsilçisini 3:0 hesabı ilə məğlub edib.

Milli.Az


Etiketlər:  Nantın baş məşqçisi Qarabağla oyundan sonra futbolçularda qəzəb var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ