Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2022 22:12
Türkiyənin məşhur ulduzu Sonər Sarıkabadayının Bakı konsertinin tarixi dəyişdirilib.
Bu barədə sənətçinin konsertinin biletlərinin satışı ilə məşğul olan "iticket.az" platforması sosial şəbəkə hesablarında məlumat yayıb.
Bildirilib ki, sentyabrın 24-də baş tutacağı gözlənilən Sonərin konserti dekabırın 17-sinə keçirilib.
Qeyd edək ki, S.Sarıkabadayı ilə yanaşı bir sıra türk məşhurlarının konsertlərinin tarixinin dəyişdirilməsi sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar nəticəsində 81 hərbçimizin şəhid olması ilə əlaqələndirilib.