Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mehmetdən boşanan Hadisə Rza Zərrabla görüşür? - VİDEO

Mehmetdən boşanan Hadisə Rza Zərrabla görüşür? - VİDEO

Tarix: 20 Sentyabr 2022 18:55

Milyonçu iş adamı Mehmet Dinçerlerlə boşanma ərəfəsində olan Türkiyənin pop ulduzu Hadisə ilə bağlı gözlənilməz iddia gündəmi alt-üst edib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, "Söyləməzsən olmaz" maqazin verilişinin aparıcısı Arto canlı efirdə Hadisənin müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı Rza Zərrabla yenidən görüşməyə başladığını iddia edib.

Arto bildirib ki, Hadisə adını təmizləmək üçün Mehmet Dinçerlerlə evlənib. Bundan savayı aparıcı, tezliklə ortalığa Hadisə ilə Rzanın görüşməsi ilə bağlı əldə etdiyi dəlilləri ortalığa çıxaracağını diqqətə çatdırıb.

Qeyd edək ki, Hadisə və Mehmet Dinçerler cütlüyü ötən may ayında Çırağan sarayında təşkil edilən mərasimlə evlənib.

4 ay əvvəl həyatlarını birləşdirən cütlük evliliklərini bitirmək üçün məhkəməyə müraciət ediblər.

Milli.Az


Etiketlər:  Mehmetdən boşanan Hadisə Zərrabla görüşür VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ