Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Yunanıstanı təxribatlardan çəkinməyə çağırıb

Ərdoğan Yunanıstanı təxribatlardan çəkinməyə çağırıb

Tarix: 20 Sentyabr 2022 23:14

"Kipr məsələsində ədalətli, davamlı bir həllə nail olmaq üçün Şimali Kipr Türk Cumhiriyyəti ilə birgə xoşniyyətli və konstruktiv səylər göstərdik".

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında (BMT) çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti beynəlxalq ictimaiyyəti sanksiyalarla dünyadan qoparmağa çalışdıqları Kipr türklərinə qarşı zülmə son verməyə, Şimali Kipr Türk Cumhiriyyətini rəsmi olaraq tanımağa dəvət edib.

Ərdoğan Yunanıstanı isə təxribatlardan çəkinməyə çağırıb:

"Ölkəmizlə siyasi və hərbi səviyyəcə əsla müqayisə olunmayan, güc nümayişi göstərənlər özünü gülünc vəziyyətə salırlar. Şərqi Aralıq dənizində sülh və sabitliyin davam etdirilməsi bütün tərəflərə hörmətdən asılıdır. Yunanıstandan gərginlik və təxribat siyasətini bir kənara qoyaraq, əməkdaşlıq və həmrəylik çağırışlarımızı eşitməklərini gözləyirik", - deyə Ərdoğan bildirib.


Etiketlər:  Ərdoğan Yunanıstanı təxribatlardan çəkinməyə çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ