Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2022 03:24
Dördüncü dəfə ana olmağa hazırlaşan amerikalı aktrisa Bleyk Layvli sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, Bleyk hamiləlik görüntülərini çəkmək üçün evinin qarşısında gözləyən paparatsilərə qəzəblənib.
Aktrisa instaqramda hamiləlik fotolarını paylaşaraq onu rahat buraxmaqlarını istəyib.
"Qapımızda gözləyən 11 nəfərdən xahişim odur ki, mən və övladlarımdan əl çəkin. Uşaqlarımı qorxudursunuz", - deyə, Layvli qeyd edib.
Xatırladaq ki, Bleyk aktyor Rayan Reynolds ilə evlidir.