Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2022 11:48
İranın Sari şəhərində etirazçılar Ruhullah Xomeyni və Əli Xameneinin şəkillərini bələdiyyə binasından yerə atıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntüləri "Azad İran" "Telegram" kanalı yayıb.
Videoda nümayişçilərin hökumət binasının divarlarından Ruhullah Xomeyni və Əli Xameneinin şəkillərini sökdükləri, izdihamın isə onları alqışladığı görünür.
"Sağ ol, sağ ol, arzumuzu gerçəkləşdirdin!" - deyə etirazçı qadınlardan biri bildirib.