Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti Əminə Yusifqızının səhhəti pisləşib, qida qəbul edə bilmir

Xalq artisti Əminə Yusifqızının səhhəti pisləşib, qida qəbul edə bilmir

Tarix: 21 Sentyabr 2022 12:15

Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhəti pisləşib, o, qida qəbul edə bilmir.

Sonxeber.net xəbər verir ki, bu barədə "report"a aktrisanın özü məlumat verib.

85 yaşlı Xalq artisti bir neçə gündür səhhətində problemlərin yarandığını və özünü yaxşı hiss etmədiyini bildirib.

O, səhhətindəki problemlərlə əlaqədar artıq bir həftədir yemək yeyə bilmədiyini vurğulayıb.

Qeyd edək ki, tanınmış aktrisa, "Şöhrət" ordenli Xalq artisti Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. onlarla filmdə və televiziya tamaşalarında çəkilib.


Etiketlər:  Xalq artisti Əminə Yusifqızının səhhəti pisləşib qida qəbul edə bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ