Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2022 22:48
2022-ci il dekabrın 1-dən Rusiyada qaz və elektrik enerjisi tarifləri artacaq.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Rusiya İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.
Məlumata görə, qaz 8,5 faiz, elektrik enerjisi 9 faiz bahalaşacaq.
Nazirlik qeyd edib ki, əhali və digər istehlakçılar üçün indeksasiya dərəcəsi eyni olacaq. Vətəndaşlar və sənaye üçün qaz və elektrik enerjisi tariflərinin növbəti indeksasiyası 2024-cü ilin iyul ayına nəzərdə tutulub.