Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2022 17:54
Balıq tutmaq üçün qayıqla Türkiyənin Kastamonu vilayətinin sahillərindən dənizə çıxan şəxslər pis hava şəraiti ilə əlaqədar geriyə qayıtmaq məcburiyyətində qalıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, lakin sahilə az qalmış qayığın mühərriki sıradan çıxıb.
Nəticədə xilas olmaq üçün balıqçılar qayıqdan tullanmaq məcburiyyətində qalıblar.
Onlar üzərək sahilə çıxa biliblər və dərhal müayinədən keçmək üçün xəstəxanaya aparılıblar.