Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

QİÇS nədir?

QİÇS nədir?

Tarix: 25 Sentyabr 2022 09:00

Bu xəstəlik dövrümüzün ən qorxulu xəstəliyi sayılır. Qazanılmış İmmunçatmazlığı Sindromu xəstəliyi İİV mikrobunun səbəb olduğu, qan və cinsi əlaqə vasitəsilə yoluxan bir xəstəlıkdir. Bu virus orqanizmə daxil olduqda orqanizmin immun sistemini tamamilə yox edir. Bununla da yoluxmuş adamın digər xəstəliklərə qarşı həssaslığı artır və sadə soyuqdyməyə qarşı dözümü olmur.
Bu xəstəlik orqanizmə daxiı olduqda heç bir əlamətlə təzahür etmir. Yalnız qan testində özünü biruzə verir. Xəstənin heç bir narahatçılığı olmur. Lakin bu dövrdə xəstə başqalarını yoluxdura bilir.
QİÇS necə yoluxa bilir?
1. Qanında bu virusu daşıyan biri ilə normal və ya qeyri normal şəkildə qoruyucusuz cinsi əlaqədə olduqda.
2. Hamilə və İİV virusu daşıyan ana hamiləlik vaxtı öz uşağına yoluxdura bilər.
3. QİÇS-ə yoluxmuş xəstənin qanı ilə təmasda olan zaman
(orqa nəqli zamanı, diş həkiminin alətləri vasitəsilə).
Xəstəliyin əlamətləri
Xəstəlik orqanizmə daxil olduqdan bir müddət sonra özünü biruzə verir. Qana daxil olan virus əvvəlcə qan hüceyrələrinə ziyan vurur və eritrositlərin sayını azaldır. Daha sonra isə aşağıdakı simptomlar meydana gəlir:
- İştahsızlıq
- Arıqlqma
- Hərarətin yüksəlməsi
- Bədənin bəzi yerlərində xırda yaralar
- Ağciyər xəstəlikləri
- Gecələr tərləmə
- İshal
- Öskürək
- Limfa vəzilərinin böyüməsi.
QİÇS-dən necə qorunmalı?
Bu xəstəlikdən qorunmaq üçün anti İİV testi qoyulmalıdır. Əgər ELİSA testi neqativ çıxarsa 6 aydan sonra yenidən təkrar olunmalıdır.
QİÇS-in müalicəsi
Tibbin bu qədər inkişaf etməsinə baxmayaraq xəstəliyin müalicəsi tapılmayıb. Xəstənin ömrü bir az uzansın və rahat yaşasın deyə bəzi yüngülləşdirici dərmanlar tətbiq olunur. Xəstə ömrü boyu müalicə olunur.
Nələri bilməliyik?
Xəstəlik eyni boşqabdan yemək yeyərkən, yanaqdan öpuşərkən, öskurək vasitəsilə, qucaqlaşmaqla yoluxmaz. Bu virusu daşıyanların bunları bilməsi və ətrafdakı adamları yoluxmadan qoruması daha vacibdir.

Milli.Az


Etiketlər:  QİÇS nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ