Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Azərbaycan millisinin baş məşqçisi:

Tarix: 25 Sentyabr 2022 22:36

"Bu gün çox yaxşı və keyfiyyətli oyun göstərdik. Az səhv etdik. Amma daha yaxşı oynamalıyıq".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Qazaxıstan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis ikinci hissədə komandanın oyunundan razı qaldığını bildirib: "Qrupdakı 6 matçın hamısında yaxşı oyun sərgiləmişdik. I turda Qazaxıstana uduzduğumuz görüşdə məğlubiyyəti haqq etməmişdik. Pozitiv yoldayıq. Komanda inkişaf edir".

Milli.Az


Etiketlər:  Azərbaycan millisinin baş məşqçisi Daha yaxşı oynamalıyıq


RƏYLƏR