Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan ölkəsindəki bütün siçan yuvalarını boşaltdırır - nəyə hazırlıq?

Paşinyan ölkəsindəki bütün siçan yuvalarını boşaltdırır - nəyə hazırlıq?

Tarix: 26 Sentyabr 2022 10:06

Ermənistan təhlükəsizliyinin qeydinə belə qalırsa, bunun yolu zirzəmidə gizlənmək deyil, Azərbaycanla sülh müqaviləsi imzalamaqdır

Sentyabrın 13 və 14-də Ermənistanın təxribatı nəticəsində sərhəddəki 8 saatlıq döyüşlərdə hər iki tərəfdən ciddi itkilər oldu. Hazırda sərhəddə nisbi sakitlik olsa da, gərginlik qalmaqdadır. Erməni silahlı qüvvələri mövqelərimizi atəşə tutmaqda davam edirlər, son olaraq üç hərçimiz yaralanıb.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində keçirdiyi xidməti müşavirədə şəxsi heyətin sayıqlığının artırılması və Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının bundan sonra da dərhal və qətiyyətlə alınması barədə konkret tapşırıqlar verib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, ABŞ-ın İrəvandakı səfirliyi sentyabrın 23-də Azərbaycanı "qoşunları ilkin mövqelərinə qaytarmağa" və "döyüş əməliyyatlarına son qoymağa" çağıran bəyanatla çıxışı edib. Bundan əvvəl isə səfirlik gərginliyin artmasının mümkünlüyünü səbəbindən əməkdaşlarına sərhədyanı bölgələrə səfər etməyi yasaqlayıb. Fransa səfirliyi də vətəndaşlarına Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarına səfər etməkdən çəkinməyi tövsiyə edib. Xəbərdarlıqla bağlı sərhədyanı xəritə də yayılıb ki, təsvirdə təhükənin səviyyəsi əks olunub. Belə ki, qırmızı rəng çox yüksək təhlükə, narıncı rəng isə orta dərəcəli təhlükə kimi səciyyələndirilib.

Bu xəbərdarlıq Rusiya mediasının diqqətini cəlb edib. Bildirilib ki, məhz Amerikanın İrəvan və Bakıdakı səfirlikləri 2020-ci ilin sentyabrın 25-də oxşar xəbərdarlıqla çıxış etmişdi. Bundan bir gün sonra isə 44 gün davam edən və Ermənistan kapitulyasiyası ilə nəticələn müharibə başlamışdı. Maraqlıdır ki, bu arada bütün Ermənistanda (İrəvan da daxil olmaqla) Fövqəladə Hallar Nazirliyinin əmri ilə çoxmənzilli binalara, fərdi yaşayış evlərinə və zirzəmilərə baxış keçirilib. Erməni mediası həmçinin ölkə daxilində bomba sığınacaqlarına baxış keçirildiyini açıqlayıb. Bu, xüsusilə Azərbaycanla həmsərhəd rayonlarda aparılır. Ermənistan Azərbaycanı hərbi gərginlik yaratmaqda ittiham edərək, dünənədək siçanların sığınacağı olan yerlərdə gizlənmək üçün hazırlıqları diqqət çəkir.

Əlbəttə ki, bu hazırlıqların heç bir əsası yoxdur. Amma Ermənistan rəhbərliyi siçan yuvalarını boşaltmaqla guya Azərbaycanın ermənilər üçün ciddi təhlükə yaratdığı barədə dünyada yaratdıqları yalançı hay-küyü möhkəmlətməyə çalışırlar. İrəvan "Ermənistan təhlükəsizliyi" mövzusunu gündəmdə saxlamağa çalışır. "Ermənistan demokratiyasına təhlükə" barədə deyilənlər də acı gülüş doğurur. Qərbin "Ukraynada demokratiyanı müdafiə edirik" adı ilə Rusiyaya qarşı silahlandırması İrəvanı da bu taktika ilə diqqəti özünə cəlb etməyə həvəsləındirib. Ölkəsində aylardır siyasi böhran yaşanan, müxalifətə qarşı bütün sərt tədbirlərə əl atan, son sərhəd qarşıdurmasında isə həlak olan erməni hərbçilərin analarına qarşı polis zorakılığı edən Paşinyan hakimiyyət hansı üzlə demokrtayadan danışır? Ermənistanın təhlükəsizliyinin qeydinə belə qalırsa, bunun yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir. Amma bu prosesin əksi baş verməkdədir.

Ermənistanın müstəqilliyinin 30 illiyinə və BMT-nin 77-ci sessiyasına təsadüf edən həftədə erməni rəsmiləri keçirdikləri bütün görüşlərdə anti-Azərbaycan bəyanatları verdilər, sülh razılaşmasından yayındıqlarını Bakıya yönəlik böhtanlarla ört-basdır etməyə çalışdılar.

Diplomatik "cəbhədə" ağırlıq şübhəsiz bu həftə Nyu-Yorka keçdi və ABŞ dövlət katibinin vasitəçiliyi ilə hər iki ölkənin xarici işlər nazirləri arasında görüş faktiki nəticəsiz qaldı. Entoni Blinken sessiyaya gəlmiş Paşinyanla görüşməyə də vaxt tapdı. Özünün "Twitter" səhifəsində görüşdəki müzakirələr barədə qısa məlumat paylaşan Blinken "biz tərəfləri sülh prosesinə başlamağa çağırmaqda davam edirik, çünki münaqişənin hərbi yolla həlli mümkün deyil" qeydini edib.

BMT ssesiyasında çıxış edən Paşinyan Azərbaycanı ittiham etdi. Erməni baş nazir sülh müqaviləsini illüziya adlandırıb və deyib ki, "Azərbaycan Ermənistanın bütün cənub və şərqinin, hətta paytaxt İrəvanın da öz torpaqları olduğunu bəyan edir, müəyyən ərazimizi işğal altında saxlayır, dövlətçiliyimizə, müstəqilliyimizə və demokratiyamıza son qoymaq istəyir". Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Paşiniyanın çıxışını "erməni tərəfinin normallaşma əvəzinə qarşıdurmanı davam etdirməyin sübutu kimi" qiymətləndirdi. "Biz hesab edirik ki, regionumuz kifayət qədər qarşıdurma, dağıntılar və iztirablar görüb. Hər iki xalqın münaqişədən sonrakı normallaşmaya tam şəkildə qoşulmasının vaxtıdır, beləliklə, nəhayət, tariximizin faciəli səhifəsini çevirib uşaqlarımız üçün daha yaxşı gələcək qurmağa başlaya bilərik. Azərbaycan tərəfi öhdəliklərinə sadiqdir. Ümid edirik ki, Ermənistan nəhayət konstruktiv şəkildə qarşılıq verəcək və danışıqlara səmimi şəkildə qoşulacaq" deyə, nazir BMT-dəki çıxışında bildirib.

Görünən mənzərə budur ki, Ermənistan son Brüssel görüşündə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən aşıq-aşkar boyun qaçırır. Belə ki, razılaşmaya görə, sentyabr ayında xarici işlər nazirləri sülh sazişi layihəsinin heç olmasa, "qaralama variantı" üzərində işləməli idilər. Amma sentyabr bitir və Ermənistan sərhəddə təxribat törətməkdə, Azərbaycanı qaralamaq və sülh sazişinə doğru irəli yox, geri addımlar atmaqdadır. Uduzanın sonda yenə özlərinin olacağını bilərək...


Etiketlər:  Paşinyan ölkəsindəki bütün siçan yuvalarını boşaltdırır nəyə hazırlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ