Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada hərbi komissar güllələndi - FOTO

Rusiyada hərbi komissar güllələndi - FOTO

Tarix: 26 Sentyabr 2022 10:10

Rusiyanın İrkutsk vilayətindəki Ust-İlimsk şəhərinin hərbi komissarlığında qanlı olay yaşanıb.

Milli.Ax bildirir ki, səfərbərlik əsasında ordu sıralarına çağırılmış Ruslan Zinin komissarlıq binasında çağırışçıların qarşısında çıxış edərək təlimat verən hərbi komissar, polkovnik Aleksandr Yeliseyevə lüləsi kəsilmiş ov tüfəngindən atəş açıb.

A.Yeliseyev aldığı güllə yarasından yerə yıxılanda R. Zinin qaçmağa başlayıb və qəfil dayanarqa komissara ikinci dəfə atəş açıb.

İlkin məlumatlara görə, ağır yaralanmış A.Yeliseyev hospitala aparılıb. O, ölüm ayağındadır.

R.Zinin yaxalanıb.


Etiketlər:  Rusiyada hərbi komissar güllələndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ