Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyanın nüvə silahı eyni anda bir neçə şəhəri məhv edə bilər'' - CNN

''Rusiyanın nüvə silahı eyni anda bir neçə şəhəri məhv edə bilər'' - CNN

Tarix: 27 Sentyabr 2022 11:10

"Rusiyada ümumilikdə hazır vəziyyətdə və ehtiyatda olan 4477 nüvə başlığı var. Bunlardan 1900-ə yaxını "qeyri-strateji"dir, yəni taktiki nüvə silahıdır".

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu barədə informasiyanı Amerika Alimlər Federasiyası yayıb.

Mənbə yazır ki, taktiki döyüş başlıqları tank kolonunu və ya döyüş təyyarəsini daşıyan gəmini məhv etmək üçün nəzərdə tutulub. 

Partlayış gücü 10-100 kiloton olan bu döyüş başlıqları həm də "az gücə malik olan" silah hesab edilir.

Müqayisə üçün qeyd edək ki, Rusiyanın ən güclü "strateji" nüvə başlıqlarının partlayış gücü 500-800 kiloton arasında dəyişir. Bu silahlar eyni anda bir  və ya bir neçə şəhəri məhv etmək iqtidarına malikdir.
Bununla belə, az partlayış gücünə sahib olan (10-100 kiloton) taktiki silahlar da ciddi dağıntılar yaradır. Misal üçün, 1945-ci ildə ABŞ-ın Yaponiyanın Xirosima və Naqasakiyə atdığı atom bombasını xatırlaya bilərik.


Etiketlər:  Rusiyanın nüvə silahı eyni anda neçə şəhəri məhv edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ