Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2022 19:00
Amerikalı məşhur model Kim Kardaşyan İranda günlərdir davam edən kütləvi etirazlarını dəstəkləyib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib.
"Agah olun. İranlılar nə İslama, nə də başqa dinə etiraz etmirlər, onlar öz elementar haqları uğrunda mübarizə aparırlar. Qadınlar öz ölkələrində mahnı oxuya bilməsi, övladlarının öz himayəsində olması, istədikləri kimi geyinə bilməsi, haqsız yerə həbs edilməməsi, həbsdə olarkən işgəncə və təcavüzə məruz qalmaması uğrunda mübarizə aparırlar.
Söz azadlığı təkcə jurnalistlər üçün deyil, bütün vətəndaşlar üçün olmalıdır. Çünki xaricdəki bir çox iranlı vətənə qayıdanda ölüm hökmü ilə cəzalandırılmaqdan qorxur. Onlar İranı və öz övladlarının gələcəyini geri almaq üçün mübarizə aparırlar" -deyə Kardaşyan qeyd edib.