Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elza şeirlərini tənqid edən Rasim Balayevin alnından öpdü - FOTO

Elza şeirlərini tənqid edən Rasim Balayevin alnından öpdü - FOTO

Tarix: 27 Sentyabr 2022 19:25

Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl onun şeirlərini tənqid edən Xalq artisti Rasim Balayevlə "Ötən günlər" proqramında bir araya gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı müğənni sosial şəbəkədə foto paylaşıb. Diqqət çəkən məqam isə E.Seyidcahanın aktyorun alnından öpməsi olub. O, bununla sənətçidən incimədiyini nümayiş etdirib.

Qeyd edək ki, Rasim Balayev bəstəkar-müğənninin şeirlərini haqda danışarkən "Ona deyən yoxdur ki, işinlə məşğul ol? Sən şair deyilsən. Bu şeirlər efirlik deyil" sözlərini demişdi. E.Seyidcahan isə cavab olaraq "Rasim Balayevə təşəkkür edirəm, oxucumdur, məni müzakirə edir. Mənim kimi böyük şairi şəxsiyyətli aktyor, xalqımızın gözəl sənətkarı müzakirə edirsə, mənim üçün fəxrdir. Rasim bəy, oxumağa davam edin. Sizi çox istəyirəm, məni tənqid edin".

Milli.Az


Etiketlər:  Elza şeirlərini tənqid edən Rasim Balayevin alnından öpdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ