Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? VİDEO

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? VİDEO

Tarix: 27 Sentyabr 2022 19:40

Axşam bazarına gəlmişik. Hansı ki, günorta burada satılan meyvə-tərəvəzlər məhz indilərdə tamam fərqli qiymətlərə təklif olunur.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bəs "axşambazarı" nədir? Axşam bazarındakı məhsullar gündüz satılanlardan nə ilə fərqlənir? Bu bazarın alıcıları kimlərdir?

İstehlakçılar da axşam bazarına qiymətlərin daha aşağı olduğu üçün gəldiklərini deyirlər. Hətta uzaq məsafələrdən buraya üz tutanlar da var. Ancaq bəziləri axşam bazarındakı qiymətlərdən də razı deyil.

Satıcılar bildirirlər ki, məhsul piştaxtada qaldıqca keyfiyyətini itirir. Buna görə də, qiyməti aşağı salmağa məcbur olurlar. Onların sözlərinə görə, bəzən meyvə-tərəvəzləri aldıqları qiymətdən də ucuz satırlar.

Satıcılar deyirlər ki, axşam bazarının daimi alıcıları da var.

Milli.Az


Etiketlər:  Paytaxtda axşambazarına maraq artıb Qiymət fərqi qədərdir VİDEO


RƏYLƏR