Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2022 07:50
Amerika Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı qətnamə qəbul edilə bilməyəcəyi təqdirdə, "DXR", "LPR", Zaporojye və Xerson vilayətlərində keçirilən "referendumların" qiymətləndirilməsi məsələsini BMT Baş Assambleyası qarşısında qaldırmaq niyyətindədir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.
"Əgər Rusiya Təhlükəsizlik Şurasında özünü müdafiə etmək qərarına gəlsə, o zaman biz Baş Assambleyaya müraciət edərək, Moskvaya aydın mesaj göndərəcəyik", - deyə o bildirib.
ABŞ və Albaniya Rusiyaya qarşı ittihamlarla yuxarıdakı regionlarda "referendum"la bağlı qətnamə layihəsi hazırlayıb.
Yaxın günlərdə bununla bağlı səsvermənin keçiriləcəyi gözlənilir.