Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəfiqələrin kişi üstündə mübahisəsi baltalanma ilə bitdi

Rəfiqələrin kişi üstündə mübahisəsi baltalanma ilə bitdi

Tarix: 28 Sentyabr 2022 16:22

Rusiyada, Kemerovo vilayətinin məhkəməsi 42 yaşlı qadını rəfiqəsini qətlə yetirməkdə təqsirli bilərək 7 il yarım müddətinə koloniyada cəza çəkməyə məhkum edib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Məhkəmənin müəyyən etdiyi kimi, 2021-ci ilin avqustunda cinayətin qurbanı rəfiqəsini ziyarət edib. Qadınlar spirtli içki içiblər və qonaq qəfildən onun keçmiş sevgilisinin ev sahibəsinin evində yaşadığı haqda danışmağa başlayıb. Mübahisə bir anda davaya çevrilib və bu zaman rəfiqəsi ev sahibini təhqir edib. Ev sahibi olan qadın baltanı götürərək rəfiqəsinə bir neçə güclü zərbə endirib.

Cinayətdən dərhal sonra ev sahibinin qardaşı evə daxil olub, o, təcili yardım və polis çağırıb. "Şübhəli şəxs saxlanılıb, o, istintaqla əməkdaşlıq edib, günahını etiraf edib", - Komitənin regional şöbəsindən bildiriblər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Rəfiqələrin kişi üstündə mübahisəsi baltalanma ilə bitdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ