Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransanın ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb

Fransanın ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb

Tarix: 28 Sentyabr 2022 22:40

Fransanın "Total"a məxsus ən böyük neft emalı zavodu həmkarlar ittifaqlarının təşkil etdiyi tətillər səbəbindən qeyri-müəyyən müddətə bağlanacaq.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Bloomberg" yazır.

İşçilərin etirazları enerji qiymətlərinin artması səbəbindən həyat səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilir. Həmkarlar ittifaqları hazırda enerji şirkətləri tərəfindən əldə edilən gözlənilməz mənfəətin bir hissəsinin işçiləri dəstəkləmək üçün istifadə edilməsini istəyir.

Bundan əvvəl ölkədəki etirazlara görə ABŞ-ın "Exxon Mobil" şirkətinin daha bir böyük neft emalı zavodu bağlanmışdı.

Hazırda Fransada neft emalı zavodlarının üçdə ikisi artıq işləmir.

Milli.Az


Etiketlər:  Fransanın ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ