Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2022 07:21
Plevra boşluğunda mayenin olması plevral punksiyanın keçirilməsinə göstərişdir.Mayeni xaric etmək,onun həcmini qeyd etmək və plevradan çıxan mayenin laboratoriyada müayinəsi plevrit xəstəliyi zamanı vacib sayılır.Plevral punksiyadan sonra xəstədə bəzi əlamətlər baş verə bilir:
- xəstənin təngnəfəsliyi azalır
- temperatur nisbətən aşağı düşür
Lakin plevranı deşdikdə ürək-qan damar kollapsı riski artır.
Plevral puksiya və plevral mayenin müayinəsi plevritlərin diaqnostikasında əsas tədbirlərdən biridir.
Plevral maye makroskopik tərkibinə görə müxtəlif olur:
-hemoragik
-hilyoz
-transsudat
Plevral punksiya necə baş verir?
Plevral punksiya seçilmiş nöqtədən(perkutor)aşağıda yerləşən qabırğanın altında aparılır.Perkutor nöqtə rentgen müayinəsi ilə təyin edilərsə daha yaxşı olar.Həkim dərini aseptiklərlə təmiz sildikdən sonra qat-qat anesteziyadan sonra plevranı deşir və möhtəviyyatı evakuasiya edir.
Sonra möhtəviyyat laborator analizə göndərilir.Laboratoriyada möhtəviyyatın tərkinində olan aşağıdakıların miqdarı müəyyən edilir:
- zülalın tərkibi
- setrifuqalaşmış nümunənin hüceyrə tərkibi
- bakterioloji analiz
- seroloji analiz
- qlükozanın miqdarı
- amilazanın miqdarı
- pH-ın miqdarı
Əgər möhtəviyyatın irinli xarakteri təxmin edilir və ya müəyyənləşirsə plevral punksiyanın başlanğıcında iynə ilə biopsiya aparıla bilər.Yox əgər adi tədbirlər müəyyən diaqnozu qoymağa imkan vermirsə və iynə ilə biopsiya mənfi təsir göstərirsə,o zaman diaqnostikanın yeganə yolu ağciyərlərdə diaqnostik operasiya aparılır.Əməliyyat zamanı zədələnmiş sahənin biopsiyası ilə torakotomiya ola bilir.