Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Tarix: 29 Sentyabr 2022 08:04

Naxçıvan Muxtar Respublikasında badminton idman klubunun yaradılması ilə bağlı tədbir keçirilib.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, Naxçıvan Dövlət Universitetidə keçirilən tədbirdə rektor Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov iştirak edib.

Tədbirdə çıxış edən Ramil Hacı Naxçıvan Muxtar Respublikasında badmintonun inkişafı ilə bağlı görülən işlərlə bağlı məlumat verərək bu sahədə həyata keçirilməsi planlaşdırılan tədbirlərdən danışıb.

Ramil Hacı çıxışında bildirib ki, Azərbaycan Badminton Federasiyası ilə qurulan sıx əməkdaşlıq əlaqələrinin nəticəsi kimi cari ilin iyun-iyul aylarında burada fiziki tərbiyə müəllimləri üçün Milli Olimpiya Komitəsinin təşkilatçılığı, Dünya Badminton Federasiyasının dəstəyi ilə "Level-1" məşqçilik kursları keçirilib, ilk badminton klubunun yaradılması qərara alınıb.

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov isə ölkəmizdə bu idman növünün inkişafından danışaraq badminton üzrə yaradılan ilk idman klubunun fəaliyyətində uğurlar arzulayıb.

Tədbir zamanı Naxçıvanda keçirilən "Level-1" məşqçilik kurslarını bitirən fiziki tərbiyə müəllimlərinə Dünya Badminton Federasiyasının sertifikatları təqdim olunub.


Etiketlər:  Naxçıvanda badminton üzrə idman klubu yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ