Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Haker məşhur universitetin istifadəçi hesablarını ələ keçirdi - FOTO

Haker məşhur universitetin istifadəçi hesablarını ələ keçirdi - FOTO

Tarix: 29 Sentyabr 2022 15:48

Türkiyənin Mərmərə Universitetində beş min nəfərin istifadəçi hesabları haker tərəfindən ələ keçirilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şəxsi Məlumatların Mühafizəsi Qurumu məlumat verib.

Məlumata görə, universitetin istifadəçi hesabları "YUBA" təxəllüslü 17 yaşlı haker tərəfindən ələ keçirilib. Universitet əməkdaşları və digər istifadəçilərin ümumilikdə 5 min 698 hesabı sındırılıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Universitetin məlumat sistemini sındıran "YUBA" adlı haker SMS vasitəsilə səlahiyyətlilərə xəbərdarlıq da edib.

"Salam, hörmətli Mərmərə Universiteti. Mən "YUBA", 17 yaşlı kompüter hakeriyəm. Amma dövlətimə zərər verəcək heç bir iş görmürəm. Sadəcə, bir veb-saytda zəif boşluq aşkar etdim, onu sındırdım. Bu boşluq yüksək risk daşıyır. Xahiş edirəm, səlahiyyətli şəxs mənimlə əlaqə saxlasın. Boşluğun harada olduğunu sizə deyim, onu qapadın", - deyə o, xəbərdarlıqda qeyd edib.


Etiketlər:  Haker məşhur universitetin istifadəçi hesablarını ələ keçirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ