Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Tarix: 29 Sentyabr 2022 22:58

"Nant" klubu Fransada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının G qrupunun V tur oyunu üçün biletləri satışa çıxarıb.

Ən ucuz biletin qiyməti 36 avro, ən bahalı bilet isə 75 avrodur.

Oktyabrın 27-də "Stad de la Bojuar" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu komandalar arasında Bakıdakı görüş "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin III turunda Yunanıstanda "Olimpiakos"un, "Nant" isə Almaniyada "Frayburq"un qonağı olacaq.

Milli.Az


Etiketlər:  Qarabağın Fransadakı matçının biletləri satışa çıxarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ