Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2022 06:24
Rusiyada, Kamçatka diyarında məhkəmə 34 yaşlı qadın sürücüyə hücum edərək onu zorlamaqda ittiham olunan 50 yaşlı kişinin işinə baxacaq.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
Məlumata görə, avqust ayında müttəhim narkotikin təsiri altında telefonla taksi çağırıb. O, sürücüyə hücum edib, onu döyüb və ölümlə hədələyib. Daha sonra o, meşədə və öz mənzilində qurbanı zorlayıb. Təcavüzkarın fikri yayınanda qadın qaçaraq polisə müraciət edə bilib.
Faktla bağlı müstəntiqlər Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 131-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ("Zorlama") və 132-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ("Seksual xarakterli zorakılıq hərəkətləri") ilə iş açıb.
İrfan Vəliyev