Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu qida məhsullarını alanların sayı azalıb - VİDEO

Bu qida məhsullarını alanların sayı azalıb - VİDEO

Tarix: 1 Oktyabr 2022 16:58

Bahalaşma insanların cibinə təsir etdikcə, xərclərə qənaət edənlərin sayı da artıb. Belə ki, son vaxtlar bəzi qida və qeyri-qidaların satışı azalıb. Satıcılar bildirirlər ki, hətta bir sıra malları ümumiyyətlə alan yoxdur. Vətəndaşlar isə daha çox ucuz məhsullar aldıqlarını deyirlər.

Satıcılar da bahalaşmadansonra alıcıların əsasən ucuz məhsullara üstünlük verdiklərini bildirirlər. Məsələn indi qarğıdalı və zeytun yağı əvəzinə daha çox günəbaxan yağı alınır.

Satıcılar həmçinin deyirlər ki, alıcılıq zəif olduğundan marketə dana ətinə gətirilmir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli mövcud vəziyyəti qiymət artımından sonraistehlakçıların alternativ məhsullara keçidi ilə əlaqələndirir.

Ekspertin fikrincə, istehlak səbətinə daxil olan bəzi məhsullar, xüsusilə də un, şəkər tozu, yağ və çörək kimi qidalar bahalaşsa, da alıcılıq zəifləmir.

Milli.Az


Etiketlər:  Bu qida məhsullarını alanların sayı azalıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ