Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2022 10:30
Yaşlı qadın Brügge şəhərinə 5 milyon avro vəsiyyət edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu yaxınlarda vəfat edən 80 yaşlı niderland sakini mirasını şəhər hakimiyyətinə verib.
Qadın ölkənin sənaye sektorunda çalışan bir ailənin üzvü olub və səkkiz il əvvəl Brüggenin mərkəzində məskunlaşıb.
Tarixi şəhər yaşlı qadını heyran edib və o, rəsmi olaraq Flamand şəhərini əmlakının benefisiarı qismində seçib.
Qadının əmlakına bankda 3,3 milyon avro nağd pul, 945 min avro qiymətli kağızlar və digər aktivlər, eləcə də 700 min avro dəyərində ev daxildir.
Brüggenin maliyyə müşaviri Mersedes Van Volçiem bu jestin "çox nadir" olduğunu söyləyib.