Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2022 18:52
Hazırda karyerasını Uruqvayın "Nasional" klubunda davam etdirən futbolçu Luis Suares Kataloniya təmsilçisindən ayrılmasının təşəbbüskarı olan "Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman haqda danışıb.
Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, uruqvaylı hücumçu niderlandlı mütəxəssisin həqiqtləri deməsini istəyir:
"Xeyli müddət keçib. Kumana yalnız nəzakət və hörmətdən ötrü salam verə bilərəm. Ümid edirəm ki, onunla görüşsəm, o, futbolçu karyerası ərzində sahib olduğu cəsarəti və böyüklüyü nəzərə alaraq, məndən nəyə görə qurtulduğunu bildirər. İnanıram ki, Ronald bir gün həqiqəti söyləyəcək".
Qeyd edək ki, Suares 2014-2020-ci illərdə "Barselona"da oynayıb. Ronal Kuman isə 2020-ci ilin yayından 2021-ci ilin oktyabrına qədər Kataloniya klubuna rəhbərlik edib.