Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2022 01:25
"Ceyms Bond" haqda çəkilən sonuncu "No time to die" (Ölmək vaxtı deyil) filmində istifadə olunan avtomobil "Christie's" hərrac evində satılıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, 1964-cü il istehsalı olan "Aston Martin DB5" markalı maşın 3 milyon sterlinq (təxminən 5 milyon 668 min manat) qarşılığında yeni sahibinə verilib.
Üzərindəki cızıqlarla birlikdə satılan avtomobilin gülləkeçirməz kassa, duman sistemi, çevrilərək dəyişilən nömrə kimi özəllikləri var.
Qeyd edək ki, filmdə baş rolu Deniel Kreyq canlandırıb.