Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2022 12:56
Növbəti iki gündə maqnit qasırğası davam edəcək.
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından Sonxeber.net-a verilən məlumata görə, son üç gün ərzində Günəş aktivliyi yüksək səviyyədə olub.
Günəş səthində aktiv oblastlarda radiosiqnalların orta təsirli - güclü kəsilmələrinə səbəb olan M və radiosiqnalların daha güclü kəsilmələrini yaradan böyük X1 alışmaları baş verib. Oktyabrın 1-də baş verən üç tac kütlə atılmasının analizi göstərib ki, sonuncu tac kütlə atılması özündən əvvəlki iki tac kütlə atılmasını qabaqlayaraq Yerə daha tez - oktyabrın 4-də gecə saatlarında çatacaq. 3-5 oktyabr tarixləri üçün Günəş aktivliyi yüksək səviyyədə olacaq.
Oktyabrın 1-də baş vermiş tac kütlə atılmasının Yerə yaxınlaşması nəticəsində oktyabrın 3-də geomaqnit sahədə mülayim, oktyabrın 4-də isə orta-mülayim səviyyəli geomaqnit qasırğası yaranacaq. Oktyabrın 5-də geomaqnit sahə sakit və aktiv səviyyədə olacaq.
Oktyabrın 3-də Günəşdə alışmaların baş vermə ehtimalı C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 70% və X sinif alışmalar üçün isə 30%-dir.