Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ŞOK: Rusiyanın “Belqorod” nüvə sualtı qayığı bazadan yoxa çıxıb - ABŞ kəşfiyyatı

ŞOK: Rusiyanın “Belqorod” nüvə sualtı qayığı bazadan yoxa çıxıb - ABŞ kəşfiyyatı

Tarix: 3 Oktyabr 2022 14:12

Rusiyanın "Belqorod" nüvə sualtı qayığı bazadan yoxa çıxıb.

Amerika kəşfiyyatının məlumatına görə, bu, yeni supergüclü "Poseydon" torpedosunun sınaqdan keçirilməsi ilə bağlıdır. Qayığın Arktikaya yola düşdüyü ehtimal olunur. Həmçinin bildirilir ki, sınaqlar torpedonun su altında 10 000 kilometr məsafə qət etmə gücünün yoxlanması məqsədi daşıya bilər. Bu torpedo bəzən "apokalipsisin cəngavəri" də adlandırılır.  

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə NATO kəşfiyyatı məlumat verib.

Bildirilir ki, nüvə enerjisi ilə işləyən sualtı qayıq nüvə başlıqlı "Poseydon" torpedosu ilə təchiz edilib. Bu da böyük ərazidə həyatı məhv etmək qabiliyyətinə malik radioaktiv sunami yaratmaq gücünə malikdir. Eyni zamanda Nyu-York və ya Los-Anceles kimi şəhərləri məhv etməyə qadirdir. "Belqorod" sualtı qayığının göyərtəsində səkkizə qədər belə raket var.

NATO rəhbərliyi müttəfiqlərinə nüvə sualtı qayığının səfərbər olunması ilə bağlı xəbərdarlıq göndərib.

Hərbi ekspertlərin fikrincə, bu silah NATO müttəfiqlərini Alyans ölkələrinin Hərbi Dəniz Qüvvələrinin planlaşdırılması konsepsiyasını yenidən nəzərdən keçirməyə vadar edəcək.

"Bu, tamamilə yeni silah kateqoriyasıdır. Yeni silah Qərbin Hərbi Dəniz Qüvvələri əməliyyatlarının planlaşdırılması ilə bağlı dəyişikliklər etməsinə səbəb olacaq. Bu da yeni tələblərin və əks-hərəkət vasitələrinin yaradılmasına gətirib çıxaracaq", - deyə amerikalı hərbi ekspert H.İ.Satton qeyd edib.


Etiketlər:  ŞOK Rusiyanın Belqorod nüvə sualtı qayığı bazadan yoxa çıxıb ABŞ kəşfiyyatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ