Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bakı və İrəvan sülh müqaviləsini bu tarixdə imzalayacaq” – Şok iddia

“Bakı və İrəvan sülh müqaviləsini bu tarixdə imzalayacaq” –  Şok iddia

Tarix: 4 Oktyabr 2022 23:08

"Bizdə olan məlumata görə, noyabrın birinci ongünlüyündə Brüsseldə Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalanacaq.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanda nəşr olunan "Past" qəzeti yazır.

Qəzetin yazdığına görə, guya Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşün təfərrüatlarını bildirmək üçün Brüsselə gedib.

Məlumatda həmçinin bildirilir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanı sazişin yekun variantını oktyabrın sonunadək Bakıya təqdim etməyə çağırıb.

"Mənbəmiz onu da bildirir ki, rəsmi Moskva artıq bu məsələyə müsbət münasibət bildirib", - nəşr qeyd edir.

Xatırladaq ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin sonuncu müzakirəsi oktyabrın 2-də olub. Bu məqsədlə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Cenevrədə görüşüblər.

Milli.Az


Etiketlər:  Bakı İrəvan sülh müqaviləsini bu tarixdə imzalayacaq Şok iddia


RƏYLƏR