Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəşad Dağlı oğlu Yusifə toy edir - FOTO

Rəşad Dağlı oğlu Yusifə toy edir - FOTO

Tarix: 5 Oktyabr 2022 13:35

Yaxın günlərdə meyxanaçı Rəşad Dağlının övladının xeyir işi olacaq.

Milli.Az xəbər verir ki, baku.ws-in əldə etdiyi məlumata görə, məşhur ilk övladı Yusifə kiçik toy edəcək.

Onun oğlunun şad günü oktyabrın 10-da keçiriləcək. Məclisdə Dağlının ailə üzvləri, yaxınları, meyxanaçı dostları və bir sıra tanınmış simalar yer alacaqlar.

Yusifin kiçik toyu Xəzər rayonunun Buzovna qəsəbəsindəki restoranlardan birində baş tutucaq. Toya 500-600 qonağın dəvət olunduğu bildirilir.

Xatırladaq ki, meyxanaçının oğlunun 11 yaşı var. O, 5-ci sinif şagirdidir. Rəşadın Yusifdən başqa Bətul adlı azyaşlı qızı da var.

Meyxanaçı sosial şəbəkə hesabında tez-tez övladları ilə görüntülərini paylaşır.

Milli.Az


Etiketlər:  Rəşad Dağlı oğlu Yusifə toy edir FOTO


RƏYLƏR