Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fatih Terimə gözlənilməz təklif - Avropa nəhənginin baş məşqçisi olur

Fatih Terimə gözlənilməz təklif - Avropa nəhənginin baş məşqçisi olur

Tarix: 5 Oktyabr 2022 14:24

"Qalatasaray"dakı işindən sonra işsiz olan Fatih Terim yeni klubla anlaşmaq üzrədir.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Fatih Terim "Sevilya" klubunun baş məşqçisi olacaq. Bildirilir ki, klub rəhbərliyi nəticələrdən narazı olduğu üçün Julen Lopteqini komandadan uzaqlaşdıracaq. "Sevilya" rəhbərliyinin önəm verdiyi məşqçilərdən biri də Fatih Terimdir.

Məlumata görə, İspaniya klubunun nəzərdən keçirdiyi digər məşqçi isə Jorje Sampaolidir. Bildirilir ki, İspaniya təmsilçisi oyunçuları idarə etmək bacarığına görə Fatih Terimin işini daha çox bəyənir.

Milli.Az


Etiketlər:  Fatih Terimə gözlənilməz təklif Avropa nəhənginin baş məşqçisi olur


RƏYLƏR