Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vietnam Airlines''ın təyyarəsi Heydər Əliyev Hava Limanında məcburi eniş edib

''Vietnam Airlines''ın təyyarəsi Heydər Əliyev Hava Limanında məcburi eniş edib

Tarix: 6 Oktyabr 2022 23:28

"Vietnam Airlines" aviaşirkətinin Frankfurt-Ho Şimin reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin məlumatında deyilir.

"Boeing B787" təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.

Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.


Etiketlər:  Vietnam Airlinesın təyyarəsi Heydər Əliyev Hava Limanında məcburi eniş edib


RƏYLƏR