Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2022 21:34
59 yaşlı britaniyalı tibb bacısı Tina Hyuz, həkimlərin 12 saat ərzində diaqnozu ilə bağlı razılaşa bilməməsi nəticəsində sepsisdən dünyasını dəyişib.
Sonxeber.net bildirir ki, bu barədə "Birmingham Mail" məlumat yayıb.
Qadın sidiyə çıxma, çaşqınlıq və qusma ilə bağlı problemlərə görə 2021-ci ilin avqustunda xəstəxanaya yerləşdirilib. Həmin il sentyabrın 8-də onun vəziyyəti pisləşib və həkimlər sepsisdən şübhələniblər. Daha sonra qadının ölümünü araşdıran sığorta şirkəti həkimlərin onu hansı şöbəyə yerləşdirməklə bağlı mübahisə etdiyini öyrənib.
Sentyabrın 9-da səhər saat 3 radələrində Tina Hyuz ağır vəziyyətdə olan pasiyentlərin şöbəsinə, təxminən dörd saat sonra isə reanimasiyaya köçürülüb. Səhər qadını süni nəfəs aparatına qoşublar, lakin bu onu xilas edə bilməyib. O, tezliklə ölüb.
Qadının ölümünün araşdırılmasına təşəbbüs göstərən sığorta fondunun hesabatında deyilir ki, bu "sepsis diaqnozunda aşkar gecikməsi"nə görə baş verib. Bundan əlavə, fond lazım olan qayğı səviyyəsi və Hyuzun xəstəxananın hansı şöbəsinə köçürülməsi ilə bağlı fikir ayrılığı olan həkimlərə işarə edib.
Mərhumun qızı İvettin vəkili olan vəkil Ceyd Elliott-Arçer, ailənin başqalarının da eyni səhvə yol verməməsinə ümid etdiyini söyləyib.
"Tinanın yaxınları hekayələrini və simptomlarını bölüşərək başqalarına kömək edə biləcəklərinə ümid edirlər. Sepsis inanılmaz dərəcədə təhlükəlidir, lakin erkən aşkarlanma və müalicə ilə məhv edilə bilər", - Ceyd deyib.
İrfan Vəliyev