Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2022 08:28
Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində partizan və müqavimət hərəkatı daha da güclənəcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
"Ukraynanın müqavimətlə bağlı qanunu var, orada nəyi, harada, necə etmək lazım olduğu, kimin rəhbərlik etdiyi, bu məsələləri kimin əlaqələndirdiyi izah edilir. Müvafiq olaraq, uğur var: biz həqiqətən necə təşkilatlanacağımızı, necə dəstəkləyəcəyimizi, bütün səylərimizi necə əlaqələndirəcəyimizi başa düşürük, buna görə partizan hərəkatı mövcuddur və daha da güclənəcəkdir. Biz Krımda, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın nəzarətində olan ərazilərində güclü hərəkat görürük", - Skibitski qeyd edib.