Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neyrovizualizasiya

Neyrovizualizasiya

Tarix: 8 Oktyabr 2022 08:36

Neyrovizualizasiya bir neçə üsullarla beyinin strukturunu, funksiyalarını və beyinin biokimyəvi xarakteristikasının müayinəsidir. Bu kompyuter tomoqrafiyası və maqnit rezonanas tomoqrafiya yolu ilə əldə olunur. Neyrovizualizasiya tibbin yeni bölməsi olub nevrologiya, neyrocərrahiyyə və psixatriya ilə birlikdə fəaliyyət göstərir.
Funksional neyrovizualizasiya baş beyin mərkəzində olan bütün məlumatları əldə edə bilir. Bu işləm beyin mərkəzində metobolizmi yüksəldir və görüntünü(neyrovizualizasiya) ekranda işıqlandırır. Bundan sonra isə əsas iş görüntünü"oxumaq"olur.
Tarixi
İlk dəfə 1918-ci ildə amerika neyrocərrahı U.E. Dendi ventrikuloqrafiyadan istifadə edib. O zaman baş beyin mədəciklərinin rentgen şəklini ineksiya vasitəsilə hava vuraraq əldə ediblər. U.E. Dendi rentgen zamanı havanın subarxronidal yayılmasını da punksiya vasitəsilə yoxlamış və beyinin bu üsulla yoxlanılmasını pnevmoensefaloqrafiya adlandlrmışdır.
1927-ci ildə Eraş Moniş ilk dəfə praktikada serebral angioqrafiya etmiş və bu vasitə ilə beyin qan damarlarının normal və ya anormal işləməsini müayinə etmişdir.
1968-ci illərdə A.M. Kormak və Q.N. Haunsfild praktikada kompyuter tomoqrafiyasını tətbiq etmişlər. Bu müayinə onlara baş beyinin görüntüsünü daha aydın və dəqiq müayinə etməyə imkan yaratdı. 1979-cu ildə onlar bu kəşflərinə görə Nobel mükafatına layiq görülüblər. 1980-cı ildə radioliqandam kəşf edildi.
2003-cü ildə maqnit rezonans tomoqrafiyasını kəşf etdiklərinə görə P.Mensfild və P.K. Loterbur fiziologiya və tibb sahəsində Nobel mükafatına layıq görülüblər. Bu texnologiya sahəsində beyində baş verən meydana çıxan bütün xəstəlikləri ən incəliklərinə qədər görmək mümkün olur. Maqnit rezonanas tomoqrafiyası beyin damarlarında meydana gələn bütün patologiyaları aşkar etmək qabiliyyətinə malikdir. Bu müayinə metodu ilə insult xəstəliyinə diaqnoz qoymaq mümkündür.
2006-ci ildən başlayaraq beynin müayinə vasitələri ilə diaqnostikası (neyrovizualizasiya) ən yüksək həddə çatıb.
Beyinin kompyuter tomoqrafiyası
Kompyuter tomoqrafiyası və ya kompyuter aksial tomoqrafiya rentgen şüalarının insan beynində çoxlu sayda müxtəlkif istiqamətlərə yönəlməsidir. Adətən ondan tez biq zamanda kəllə beyinin görüntüsünü əldə etmək istəyən zaman istifadə edilir. Bu zaman kompyuter proqramı rəqəmsal inteqral say sistemi ilə işləyir və şüalar beyinin dərin qatlarına sızaraq geniş görüntü əldə edir.
Diffuz optik tomoqrafiya
Bu şüa basitəlisə insan orqanizminin vizual görüntüsünü əldə etməkdir. Bu texnoloji aparat hemoqlobinin optik absorbsiyasını və onun oksigenlə doymaq qabiliyyətini ölçür.
Optik siqnallar
Diffuz optik siqnallar basitəsilə baş beyinin kök hissəsini müayinə etmək olur. Bu texnologiya hemoqlobinin absorbsiyasını, qan dövranını, neyronları millimetr səviyyəsinə qədər müayinə edə bilir. Bu aparat Qabriel Qratton və Monika Fabiani tərıəfindən işlənib hazırlanmışdır.
Maqnit rezonanas tomoqrafiya
Bu maqnit sahəsi və radiodalğalar vasitəsilə beyin strukturunun 2 və 3 tərəfli görüntüsünü marker vasitəsilə əks edilməsidir.
Funksional maqnit rezonanas tomoqrafiya beyin qan dövranının aktivliyini göstərmək qabiliyyətinə malikdir. Bu müayinə metodu vasitəsilə beyin qan dövranının aktivlik dərəcəsini asanlıqla ayırd etmək olur. Aparat beyinin hansı hissəsinə qanın yaxşı işləməmsini aydın göstərir. Bu da həkimlərə həmin hissədə olan patologyanı aradan qaldırmağı asanlaşdırır. Diaqnoz qoyulduqdan sonra patologiyanı aradan qaldırmaq neyronların aktivliyinin artmasına səbəb olur.
Funksional maqnit rezonanas tomoqrafiyadan tibbi məqsədlərlə istifadə edilir. Bu aparat həkimə müalicə və ya əməliyyat aparması üçün düzgün istiqamət verir.
Bəzən funksional maqnit rezonanas romoqrafiyadan marketinq reklam proqramlarının, terroristlər və cinayətkarların tutulması üçün də istifadə olunur.
Maqnitoensefaloqrafiya
Maqnitoensefaloqrafiya maqnit sahəsi ilə beytinin elektrik aktivliyi, beyinin həssaslığı, beyin neyronların elektroaktivliyi yoxlanılır. Bu aparat beyinin bütün hissələrində olan ən kiçik patologiyaları belə göstərmək qabiliyyətinə malikdir. Maqnitoensefaloqrafiya neyrocərrahlara patologiyanın yerləşdiyi yeri dəqiq göstərir. Bu da əməliyyat zamanı həkimlərin işini asanlaşdırır.
Pozitron-emission tomoqrfiya
Pozitron-emission tomoqrafiya beyində olan aktiv kimyəvi metobolik maddələri və qan dəyərlərini müayinə edir. Aparat görüntünü 2 və 3 ölçüdə təsvir edir. Bu zaman beyinə ötürülən pozitron radioizotopları siklotron və radioaktiv atomlarla beyindəki kimyəvi maddələrin görüntüsünü əks etdirir. Bu zaman sensorlu skayner radioaktiv indikatolra beyinin müxtəlif bölgələrində olan görüntünü çəkməyə imkan yaradır. Bu zaman kompyuter 2 və 3 ölçüdə olan görüntünü rəngli şəkildə göstərir. Müasir tibbdə bu üsulla neyromediatorların aktivliyi yoxlanılır.
Pozitro-emissian tomoqrafiya zamanı radioindikarotlar beyin qan dövranını, beyinin oksidləşməsini, beyində qlükozanın metobolizmini, beyin toxumasının aktivliyini təyin edib göstərir. Aparat beyinin görüntüsünü 30 saniyə ərzində əldə etmək qabiliyyətinə malikdir. PET baş beyin xəstəliklərini, beyin şişlərini, neyronlarda baş verən xəstəlikləri, demensiyanı, Aısheymer xəstəliyini aşkar edib şəklini çəkir. Aparat əvvəllər baş bermiş kiçik patoloiyaları da aşkar etmək qabiliyyətinə malikdir. Beyində olan ən kiçik artofiyaları da bu aparat vasitəsilə görmək mümkündür.


Etiketlər:  Neyrovizualizasiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ