Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yedikdən sonra niyə aclıq hissi yaranır?

Yedikdən sonra niyə aclıq hissi yaranır?

Tarix: 8 Oktyabr 2022 15:42

Yeməkdən qısa müddət sonra aclıq hissi və ya davamalı nəsə yemək istəyi yaranarsa, bunun bir çox fərqli səbəbi ola bilər. Lakin bu problem davam etdikcə qidalanma vərdişlərinizin dəyişməsinə və çəki almağınıza səbəb ola bilər.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, yeməkdən sonra aclıq, halsızlıq, yorğunluq, əllərdə və ayaqlarda titrəmə, gün ərzində tez-tez şirniyyat istəyi müşahidə olunursa, bu, hipoqlikemiyadan qaynaqlana bilər. Karbohidrat əsaslı pəhriz, stress və nizamsız qidalanma bu xəstəliyin əsas yaranma səbəbidir.

Nizamsız qidalanmaya və tez-tez qida qəbuluna səbəb olan digər amillər:

Qeyri-kafi su istehlakı

Su az istehlak etmək orqanların işini ləngidir və arıqlama prosesinə mənfi təsir edir. Eyni zamanda aclıq və susuzluq siqnalları bir-birinə bənzədiyindən balanssız su istehlakı susuzluq siqnalını aclıq refleksi ilə qarışdıraraq lazımsız qida qəbuluna gətirib çıxarır.

Stres

Həddindən artıq stres aclıq hissini tətikləyən hormon - kortizolun istehsalını artırır.

Qeyri-kafi yuxu

İştah mübadiləsinin tənzimlənməsinə təsir edən qrelin hormonunun tənzimlənməsi üçün kifayət qədər yuxu qəbulu mütləqdir.

Fiziki fəaliyyət

Normadan çox hərəkət və idman etmək maddələr mübadiləsini sürətləndirir ki, bu da enerji ehtiyacını artırır. Artan enerji ehtiyacı isə aclıq hissi yaradaraq sizi daha çox yeməyə vadar edir.

Qan şəkərinin artması

Qan şəkərinin və insulin səviyyəsinin artması da aclıq hissinin yaranmasına gətirib çıxara bilər.

Milli.Az


Etiketlər:  Yedikdən sonra niyə aclıq hissi yaranır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ