Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sənin göbəyini şeytanlar kəsib? - Faiqdən sərt sözlər

Sənin göbəyini şeytanlar kəsib? - Faiqdən sərt sözlər

Tarix: 8 Oktyabr 2022 20:02

Xalq artisti Faiq Ağayev yutubda yayımlanan Astar TV-də qonaq olub.

Xalq artisti ad çəkmədən idmançılardan birinin musiqi zövqünü tənqid edib:

Bir idmançı dostumuz var. Sırf Azərbaycan dilli bir insandır. O yarışından sosial şəbəkədə "Dolya Vorovskaya" mahnısı fonunda video paylaşdı. Deyirəm ki, sən bu mahnıda nə oxunduğunu bilirsən? Deyir ki, dostlarımız bütün günü bu mahnını dinləyirlər. Orada deyilir ki, "Gecə çəpərin altında anam məni doğdu, Mənim göbəyimi şeytanlar kəsdi. Mən o vaxtdan oğru oldum. Anam adımı Roman qoydu və indi cibgirəm". Ruscadan tərcüməsi budur. O diksindi...Sən idmançısan və qızıl medal qazanmısan. Yarışda Azərbaycan himni səslənir. Normal mahnı yerləşdir. Sənin göbəyini şeytanlar kəsib? Yoxsa Allah etməsin səni anan çəpər altında doğub?! İnsanlarla elə danışmaq lazımdı. Bilmədiyini izah edə-edə. Gözümün qarşısında videonu sildi".


Etiketlər:  Sənin göbəyini şeytanlar kəsib Faiqdən sərt sözlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ