Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızlarla görüşə bilməyən kişi qeyri-adi üsula əl atdı

Qızlarla görüşə bilməyən kişi qeyri-adi üsula əl atdı

Tarix: 9 Oktyabr 2022 04:14

Böyük Britaniyada həyatında heç vaxt qızlarla görüşə getməyən 23 yaşlı Ed Çepmen bunu düzəltmək üçün qeyri-adi üsul tapıb və fotosunu reklam lövhəsinə yerləşdirib.

Milli.Az bildirir ki, bu barədə "Metro" məlumat yayıb.

O, dəfələrlə ənənəvi yollarla qızlarla görüşməyə çalışıb - barlara gedib və tanışlıq saytlarında qeydiyyatdan keçib. Ancaq Çepmenın səyləri nəticə vermədiyi üçün o, özünü ifadə etmək üçün qeyri-adi və eyni zamanda çox nəzərəçarpan bir üsul seçib. Britaniyalı bir həftə ərzində şəklini və poçt ünvanını reklam lövhəsində yerləşdirərək onu görüşə dəvət etməyi xahiş edib.

Çepmenın sözlərinə görə, 18-48 yaş arası qadınlar artıq ona məktub yazıblar, bəziləri ilə görüşə getməyi planlaşdırıb: "Söhbət etdiyim dörd qadın var və hamısı mənimlə görüşmək istəyir. Mən bu görüşlərin təşkilini səbirsizliklə gözləyirəm". Çepmen etiraf edib ki, onun üçün ideal görüş içki ilə mini qolf oyunudur.

Britaniyalı əlavə edib ki, o, uzunmüddətli münasibət qurmaq və əsl sevgini yaşamaq istəyir. Çepmenin ailəsi reklam lövhəsi quraşdırıldıqdan sonra xəbər tutub. Qohumlar orijinal ideyanı dəstəkləyiblər və qohumuna ideyanın tapılmasında uğurlar arzulayıblar.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Qızlarla görüşə bilməyən kişi qeyri adi üsula əl atdı


RƏYLƏR