Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nadir çəhrayı brilyant 98,1 milyona satıldı - FOTO

Nadir çəhrayı brilyant 98,1 milyona satıldı - FOTO

Tarix: 9 Oktyabr 2022 17:12

11,15 əyyarlıq ən nadir çəhrayı brilyant hesab olunan "Williamson Pink Star" satılıb.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, brilyant Honq-Konqda keçirilən hərracda 57,7 milyon dollar (təxminən 98 milyon 105 min 098 manat) qarşılığında yeni sahibini tapıb. Satış "Sotheby's" hərrac evi tərəfindən keçirilib. Bununla da sözügedən brilyant bir əyyarı dəyərinə görə dünyanın ən bahalı daşı olub.

Bildirilib ki, hərrac ilkin olaraq 17,8 milyon dollar məbləği ilə başlayıb və təxminən yarım saat davam edib. Bütün rüsumlar və komissiyalar nəzərə alınmaqla yekun qiymət 57,7 milyon dollar olub.

Qüsursuz almaz Tanzaniyadakı "Williamson" mədənindən çıxan 32 əyyarlıq almazdan kəsilib.

Qeyd edək ki, buna oxşar digər məşhur daş - eyni mədəndən çıxarılan "Williamson Pink Diamond" bu yaxınlarda vəfat etmiş Böyük Britaniya Kraliçası II Elizabetə məxsus idi. Mədənin sahibi, kanadalı geoloq Con Uilyamson 54,5 əyyarlıq işlənməmiş daşı Elizabetə Filiplə 1947-ci ilin noyabrında baş tutan toyları münasibəti ilə hədiyyə etmişdi.

Bundan başqa, hərrac evi 2017-ci ildə 59,60 əyyarlıq daha bir unikal şəhrayı almazın satışını həyata keçirib və daş 71,2 milyon dollara satılıb.


Etiketlər:  Nadir çəhrayı brilyant milyona satıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ